Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto

 21-12-2024

Sürücülərin içkili olub-olmadığını müəyyənləşdirən alkotester cihazının yaradıcılarndan biri sərxoş halda saxlanılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, alkotesterlərin dizaynında əməyi keçən ingilis təqaüdçü alim Dr. Riçard Leysi (70) içki içdikdən sonra sükan arxasına keçib və qəza törədib.

Noyabrın 23-də İngiltərənin Talqart şəhərində Leysinin avtomobili yol ayrıcında səkiyə çırpılıb.
Hadisə yerinə gələn polis alimi alkotesterlə yoxlayıb.
Sürücünün nəfəs testində 41 mikroqram (norma 35 mikroqram) spirt aşkar edilib. 

Leysi məhkəmədə nahar zamanı bir neçə stəkan şərab və bir şüşə pivə içdiyini etiraf edib. O, keçmişdə alkotesterlərin dizaynı ilə məşğul olduğunu bildirib.

“İçdiyim miqdarı yanlış qiymətləndirmişəm", - o söyləyib.

Əvvəllər heç vaxt bənzər hadisə yaşamayan Leysi 13 ay sürücülük hüququndan məhrum edilib.

Alkoqol haqqında maarifləndirmə kursu tamamlanarsa, bu müddət 13 həftə qısaldıla bilər. O, həmçinin 925 funt sterlinq cərimə olunub.

Billurə

Bənzər yazılar

0.063165187835693