Bəzi dövlət qurumları əməkdaşlarının sığortası üçün 3 milyon xərcləyiblər – Siyahı

 12-12-2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azerbaijan İnternational Telecom” (“Azıntelecom”) MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN – 1400143091) olub.

Yeniavaz.com xəbər verir ki, “Meqa Sığorta” ASC “Azıntelecom” MMC-nin əməkdaşları üçün könüllü tibbi sığorta xidməti təqdim edəcək.

Bildirilir ki, “Azıntelecom” MMC ümumilkdə 719 əməkdaşın könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 258 min 840 manat ödəyəcək.

Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 360 manat olacaq.

Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 23 milyon manat təşkil edir. “Meqa Sığorta”nın ən böyük (19% pay) səhmdarlarından biri  Əliyev Rauf Zeynal oğludur.

1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.

Məlumat üçün onu da qeyd edək ki, bu il dövlət qurumları əməkdaşlarının və onların ailə üzvlərinin könüllü sığortası üçün aşağıdakı şirkətlərlə müqavilələr imzalayıblar:

Bənzər yazılar

0.1090030670166