Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə RBK-ya Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.
O bildirib ki, bu, mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib: “Hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər”.
Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyi Tatarıstan səmasında vurulan pilotsuz uçuş aparatları ilə bağlı məlumat yayıb. Kazan meriyası dronların hücumu nəticəsində üç rayonda evlərdə yanğınların baş verdiyini açıqlayıb.