PFL rəsmisi UEFA tərəfindən təyinat alıb

 01-10-2024

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

O, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 11-də keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının I qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək.

 

Bənzər yazılar

0.11496496200562