Toyu yasa çevirənlər – Gənclər özlərini bu yolla təsdiq etməyə çalışırlar

 29-09-2024

Toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntuları faciələrə səbəb olsa da, bundan nəticə çıxarılmır.

Mövzu ilə bağlı TNS-ə danışan sosioloq Əhmət Qəşəmoğlu toy karvanlarında törədilən qəzaların səbəblərini açıqlayıb: “Günümüzdə yol-nəqliyyat hadisələri qaçılmaz hal alıb. Amma baxır, bu qəzalar necə baş verir – ehtiyatsızlıqdanmı, yoxsa məsuliyyətsizlikdənmi? Toy karvanlarındakı qəzaların əksəriyyəti məsuliyyətsizlikdən baş verir.

Sürücülük vəsiqəsinin əldə edilməsindəki problemlər, avtomobil sayının çoxluğu qəzaların əsas səbəbləridir. Daha bir səbəb odur ki, gənclərdə vulqar davranışa meyllilik artıb. Gənclər sanki özlərini təsdiq etməyə çalışırlar. Özlərini bilik və bacarıqları ilə təqdim edə bilməyən gənclər çox vaxt davranış pozuntularına əl atır.

Bunların hər birinin nəticəsi olaraq, sürücülük peşəsinə tam sahib olmayan, səriştəsiz, özünü apara bilməyən ədabaz sürücülər yollarda, toy karvanlarında ağır qəzalar törədirlər”.

Bənzər yazılar

0.059592962265015