Asif Əsgərov icra başçısı vəzifəsindən azad edildi

 23-09-2024

Prezident İlham Əliyev Asif Yunis oğlu Əsgərovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

9 ildir - 2015-ci ildən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş Asif Əsgərov Milli Məclisə 1 sentyabrda keçirilən növbədənkənar seçkilərdə 112 saylı Zaqatala seçki dairəsindən namizədliyini irəli sürmüş və deputat seçilmişdi.

Bənzər yazılar

0.12918305397034