2023/2024-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 997 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022/2023-cü tədris ili ilə müqayisədə dövlət xətti ilə xaricdə təhsil alan gənclərin sayı 7 nəfər azalıb.
Məlumat üçün bildirək ki, dövlət xətti ilə xaricdə təhsil alan gənclərin 41%-i və ya 405 nəfəri Türkiyədə oxuyub. Türkiyədən sonra ən çox tələbə Macarıstanda təhsil alır. Dövlət xətti ilə Macarıstanda 291 Azərbaycan gənci təhsil alır.
Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı ölkələr üzrə aşağıdakı kimi olub:
- Türkiyə – 405 tələbə
- Macarıstan – 291 tələbə
- Rusiya – 213 tələbə
- Çin – 59 tələbə
- Rumıniya – 11 tələbə
- Latviya – 5 tələbə
- Koreya – 4 tələbə
- Qazaxıstan – 4 tələbə
- ABŞ – 3 tələbə
- İngiltərə – 1 tələb
- İspaniya – 1 tələbə
Murad Məmmədov