Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

 11-04-2025

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ müzakirə edilib.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra Xanlar Vəliyev and içib: “Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm.

Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiklərinə görə təşəkkürümü bildirirəm. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Xatırladaq ki, 2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev 2025-ci il 8 aprel tarixinə qədər həmin vəzifədə çalışıb.

Bənzər yazılar

0.063864946365356