Aytac Ağazadə barəsində qiyabi həbs qərarı verildi - Axtarışdadır

 11-04-2025

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair araşdırmalar davam edir.

MillətinSəsi.infonun məlumatına görə, istintaqın gedişində QHT nümayəndəsi Aytac Ağazadə də cinayət məsuliyyətinə cəlb olunub.

Binəqədi Rayon Məhkəmənin qərarı ilə A.Ağazadə barəsində 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib. O, ölkədə olmadığından axtarışa verilib.

Qeyd edək ki, hazırda “QHT işi” üzrə bir neçə nəfər istintaqa cəlb olunub, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

Məlumata görə, Aytac Elxan qızı Ağazadə ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur.

Bənzər yazılar

0.066074848175049