Bəzi ixtisasların tədris müddəti azaldılacaq

 10-04-2025

"Təxminən bir neçə ay bundan əvvəl Azərbaycanda ixtisasların yeni təsnifatını yaratmışıq".

Oxu.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "İctimai TV"nin efirində qonaq olarkən deyib.

N.Məmmədli, həmçinin bəzi ixtisasların tədris müddətinin azaldılması məsələsinə də toxunub:

"Azərbaycanda magistratura ikiillikdir, amma ilyarımlıq magistratura proqramları da var. Xüsusən MBA üzrə belə ixtisaslar mövcuddur.

Elə ixtisaslar var ki, onlarda tədris müddətinin azaldılması kifayət qədər çətin məsələdir, çünki uzunmüddətli peşəkar hazırlıq tələb edir. Amma elə sahələr də var ki, qısa müddətdə bazara hazır mütəxəssis çıxarmaq olar. Bu istiqamətdə çox ciddi hazırlıqlarımız var.

Sadəcə bu həm də qanunvericilikdə ciddi dəyişikliklər edilməsini tələb edən məsələlərdəndir. Bu səbəbdən proses bir az uzun çəkir, amma bunlar üzərində artıq işlər gedir və ciddi hesablamalar var.

İkili ixtisasa malik müəllim yalnız bir ixtisas üzrə sertifikatlaşdırmadan keçibsə, bu, onun növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirməsinə imkan verir. Əsas meyar kimi müəllimin işə qəbul olunduğu ixtisas götürülür. Bu eyni zamanda, qanunvericiliyin tələbidir.

Məsələn, fizika-riyaziyyat ixtisası üzrə çalışan bir müəllim ötən il riyaziyyat fənni üzrə sertifikatlaşdırmadan uğurla keçibsə, artıq bu il fizika fənni üzrə həmin prosesə cəlb olunmayacaq. Bu halda müəllim qarşıdakı beş il ərzində hər iki fənni tədris etmək hüququna malik olacaq", - deyə o bildirib.

 

Bənzər yazılar

0.061946868896484