Naxçıvan Baş nazirinin müavini vəzifəsindən azad edilib

 24-09-2024

Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub.

Report.az-ın məlumatına görə, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun 1 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

 

Bənzər yazılar

0.10608887672424