Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev məhkəmə sistemindən kənarlaşdırılıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, buna səbəb isə fəaliyyətində çoxsaylı qanunsuzluqlar aşkarlanması olub.
Qeyd edək ki, Fərid Əmirəliyev bir sıra qalmaqallı və sifarişli məhkəmə qərarlarının müəllifi kimi tanınıb.
Tanınmış jurnalist Əvəz Zeynallı və məşhur vəkil Elçin Sadıqov barəsində həbs-qətimkan tədbirini də məhz Fərid Əmirəliyev seçmişdi.
1984-cü il təvəllüdlü olan Fərid Əmirəliyev sabiq DİN rəhbəri Ramil Usubovun məşhur sürücüsü kimi tanınan Saşanın kürəkənidir.