Polad Bülbüloğlu səfir vəzifəsindən geri çağırıldı

 23-09-2024

Prezident İlham Əliyev Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Onu da qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Qeyd edək ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü və həmin dairədən də deputat seçilib.

Bənzər yazılar

0.11303901672363