Azərbaycanın üç klubu cərimələndi

 17-09-2024

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.

"Ölkə.Az" xəbər verir ki, "Araz-Naxçıvan" VI turda "Kəpəz"ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

"Şamaxı" 700 manat ziyana düşüb. Buna bölgə təmsilçisinin "Sumqayıt"ı məğlub etdiyi (1:0) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

"Sumqayıt" isə oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından 500 manat ödəməli olacaq.

Bənzər yazılar

0.56087398529053