"Əl-Hilal" Neymarı heyətə daxil etmədi - SƏBƏB

 15-09-2024

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya yığmasının hücumçusu Neymar ilin sonuna kimi çempionatda oynaya bilməyəcək.

"Ölkə.az" xəbər verir ki, klub braziliyalı oyunçunu heyətə daxil etməyib.

Səudiyyə Ərəbistanı Pro Liqası üçün növbəti qeydiyyat 2025-ci ilin yanvarında başlayacaq. 2023-cü ilin oktyabrında zədələnən Neymarın noyabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2023-cü ilin yayında PSJ-dən Səudiyyə Ərəbistanı klubuna transfer olunub.

Bənzər yazılar

0.059185028076172