Bakıda ahıl kişini dilənməyə məcbur edirlər?

 14-09-2024

Bakıda Binəqədi rayonu ərazisində ahıl bir şəxsin dilənçiliyə məcbur edildiyi iddia olunub.

Baku.ws-in məlumatına görə, onun hər gün səhər saatlarından Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən ("Karl Marks" dairəsi) əraziyə gətirildiyi bildirilir.

Axşam saatlarında isə onun yığdığı pulu başqa bir şəxsin götürdüyü qeyd olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, tüfeyli həyat tərzi sürən şəxsin müvafiq qaydada sığınacağa yerləşdirilməsi üzrə tədbirlər görülür.

Bənzər yazılar

0.094761848449707