2017-ci ildə “Pagani” brendi “Pebble Beach” avtosalonunda “Zonda HP Barchetta” modelini təqdim edib.
800 at gücünə malik 7,3 litrlik V12 mühərriklə təchiz edilən superkar markanın ictimai yollar üçün sertifikatlaşdırılmış ən güclü modeli olub.
“Zonda HP Barchetta” cəmi üç nüsxədə hazırlanıb. Onlardan biri şirkətin təsisçisi Horatio Paqani tərəfindən alınıb. İki avtomobil isə adı açıqlanmayan müştərilərə göndərilib.
Onlardan biri ötən gün Xorvatiyada qəzaya uğrayıb.
Hadisə ölkədə keçirilən “Supercar Owner's Circle” tədbiri çərçivəsində baş verib. Lüks avtomobillərin sahibləri Zaqreb küçələri ilə hərəkət edərkən insident yaşanıb.
Superkar qarşıdan gələn Ford Fiesta hetçbekinə çırpılıb. Hər iki avtomobil zədələnib.
“Pagani Zonda HP Barchetta” təmir əxrclərini modelin eksklüziv xarakteri və yeni hiperkarın naməlum qiymətinə görə proqnozlaşdırmaq çətindir. Bəzi hesablamalara görə, avtomobil sahibinə ən azı 15 milyon dollara başa gəlib.
Mənbə: sports.ru