Rusiyada əslən azərbaycanlı general həbs edildi – Video

 04-11-2024

Rusiya Hərbi Məhkəməsi Rusiya Qvardiyasının arxa cəbhə rəisinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyevi rüşvətxorluqda təqsirli bilib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

“Rusiya Qvardiyasının maddi-texniki təminat üzrə rəis müavini, general-mayor Mirzə Mirzəyev hərbi məhkəmə tərəfindən həbs edilib”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, M.Mirzəyev rüşvət alarkən saxlanılıb.

Öz növbəsində “Mash” Teleqram kanalı 52 yaşlı generalın prefabrik binalar üçün modul təchizatçısından 140 milyon rubl tələb etdiyini və pulu almadığı təqdirdə 480 milyon rubl dəyərində müqaviləni pozacağı ilə hədələdiyini bildirib.

Şirkət vasitəçi yolu ilə generala vəsait köçürüb. Hazırda onların hər ikisi həbsdədir.

Vəkillər Mirzəyevin ev dustaqlığına buraxılmasını istəyiblər, lakin məhkəmə həbs olunan şəxsin 2025-ci il yanvarın 2-dək istintaq təcridxanasına salınmasında israr edib.

Bənzər yazılar

0.12232995033264