Milyonluq Turan Ordusunun gücü nədir?

 10-11-2024

"Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda türk dövlətlərinin birgə ordusundan bəhs olunub.

Bildirilib ki, noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə türk dünyasının böyük Turana doğru uzanan yolunda daha bir önəmli addım atılıb. 5 türk dövlətini - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı eyni amal uğrunda birləşdirən Türk Dövlətləri Təşkilatının bayrağı ümumi razılıqla təsdiq edilib.

Türkün ay-ulduzlu səmasını türk əsrinə doğan günəşlə bəzəyən firuzə mavisi bu bayrağın təmsil etdiyi gücün çoxlarının yuxusuna haram qatacağı artıq indidən bəllidir.

Lakin o da bəllidir ki, haqsızların güclü olduğu dünyada haqqı ilə var olmanın başqa yolu yoxdur. Haqqı müdafiə etmək üçün güc zəruridir. Bu gün vahid bayraq altında birləşən türk dövlətlərinin məhz belə bir gücü hədəflədiyi artıq faktdır.

Hələ cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-formal sammitində Azərbaycan Prezidenti İlham Əliyev "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir" mesajı ilə bu hədəfin əsas istiqamət olduğunu vurğulamışdı.

Əlbəttə ki, burada söhbət türk birliyinin həm siyasi, həm iqtisadi, həm də hərbi güc mərkəzi olmasından gedirdi. Bəs Türk Dövlətləri Təşkilatı sadəcə bugünkü reallıqda, yəni Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan olmaqla hərbi blokda birləşərək bir güc mərkəzi kimi çıxış edərsə, bu necə bir güc olardı?

Bəzi mənbələrdə Turan Ordusu da adlandırılan bu gücün potensialı və perspektivi nədən ibarətdir?

Ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.057023048400879