Biləsuvar rayonunda dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
Ölkə.az xəbər verir ki, sürücülərin "Report"un Muğan bürosuna verdiyi məlumata görə, duman axşam saatlarından etibarən rayon ərazisində müşahidə olunur.
Onların sözlərinə görə, görmə məsafəsi xeyli azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Qeyd edək ki, dumanlı hava şəraiti həmçinin köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində də müşahidə olunur.