İşğaldan azad edilmiş Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olundu
06-08-2024