DOST Əşrəf Səfərovdan 854 min manata ofis icarəyə götürüb

 25-07-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC-nin (VÖEN – 1305835261) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, DOST üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub.

DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 853 min 710 manat (ayda 35 min 571 manat) ödəyəcək.

Onu da qeyd edək ki, DOST qeyd olunan ofis sahəsini Əşrəf Səfərovdan daha əvvəl də icarəyə götürüb. 2020-ci ildə 8 ay üçün 249 min 600 manat, 2022-ci ildə isə 6 ay üçün 213 min 432 manat, 2023-cü ildə 12 ay üçün 426 min 855 manat  ödəyib.

Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Əşrəf Səfərov eyni zamanda ölkənin aparıcı şirkətlərindən olan “KİA Motors Az” MMC-nin də qanuni təmsilçisidir.

Elnur Əli

Bənzər yazılar

0.10877704620361