Netanyahu BMT məhkəməsinin Fələstin əraziləri ilə bağlı qərarını rədd edib

 20-07-2024

İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin ərazilərində məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən qərarını rədd edib.

APA xəbər verir ki, hökümət başçısı bu barədə “X” hesabında yazıb.

“Yəhudi xalqı nə öz torpaqlarının - nə də əbədi paytaxtımız Qüdsün işğalçısıdır. Haaqada heç bir saxta qərar bu tarixi həqiqəti təhrif etməyəcək. Vətənimizin hər yerində İsrail yaşayış məntəqələrinin qanuniliyi şübhə doğura bilməz”, - Netanyahu vurğulayıb.

Bənzər yazılar

0.06132698059082