Azərbaycanlı boksçuya ömürlük cəza verildi

 05-07-2024

Rusiya Boks Federasiyası azərbaycanlı bokcşu Cavid Rzayevi “Hardkor” təşkilatının turnirindəki qalmaqaldan sonra ömürlük yarışlardan kənarlaşdırıb.

Bu barədə federasiyanın mətbuat xidməti təşkilatın rəsmi “Telegram” kanalında məlumat yayıb.

“Döyüşçü Rzayev Cavid Seyid oğlu Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən idman və digər tədbirlərdə hər hansı iştirakdan ömürlük kənarlaşdırılıb”, - məlumatda bildirilib.

Məlumata görə, buna səbəb “Hardcore FC” liqa turnirində azərbaycanlı döyüşçünün rusiyalı döyüşçü Artur Kulinskini təhqir etməsi olub.

Qeyd edək ki, hadisə 22 may 2024-cü ildə “Hardcore FC” liqa turnirində baş verib. Cavid Rzayev rusiyalı Sergey Prixodkonu məğlub etdikdən sonra döyüşçü Artur Kulinski ilə mübahisə edib və onu “rus donuzu” adlandırıb.

Xatırladaq ki, Rzayevin 29 yaşı var. Onun qarışıq üslublu döyüşlərdə (MMA) dörd qələbəsi və iki məğlubiyyəti var.

Bənzər yazılar

0.1467490196228