UFC tarixinin antirekordunu təkrarladı

 30-06-2024

Belaruslu MMA döyüşçüsü Andrey Orlovski UFC tarixindəki məğlubiyyətlərin sayına görə antirekordu təkrarlayıb,

"Ölkə.az" xəbər verir ki, bu barədə jurnalist Mayk Bohn məlumat yayıb.

Belaruslu UFC karyerasında 18-ci məğlubiyyətini alıb. O, eyni sayda uduzan Ceremi Stivens və Kley Guidin antirekordlarını təkrarlayıb.

Xatırladaq ki, UFC-303 turnirində Orlovski slovakiyalı Martin Budaca uduzmuşdu.

Ümumilikdə, qarışıq döyüş sənətlərində karyerası ərzində o, 60 döyüşdə iştirak edib. Bunlardan 34 qələbə qazanıb və 24 məğlubiyyət alıb.

Bənzər yazılar

0.090313911437988