"Çelsi" klubu MLS təmsilçisi ilə danışıqlara başlayıb

 30-06-2024

İngiltərənin “Çelsi” klubu ABŞ təmsilçisi “Atlanta Yunayted”in sol cinah müdafiəçisi Kaleb Uaylı transfer etmək istəyir.

"Ölkə.az" xəbər verir ki, London klubu artıq ABŞ millisinin 19 yaşlı futbolçusu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Uayl 2024-cü ildə komandasının heyətində meydana çıxdığı oyunlarda 1 qola və 2 məhsuldar ötürməyə imza atıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir. Onun MLS klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdir.

Bənzər yazılar

0.09839391708374