AVRO-2024-də yeni texnologiya

 18-06-2024

2024-cü il Avropa çempionatında yeni texnologiya ilk dəfə istifadə edilib.

Offsideplus.az xəbər verir ki,  onun köməyi ilə futbolçulardan hər hansı birinin topa əli ilə toxunub-toxunmadığını müəyyən etmək mümkün olub.

Qrup mərhələsinin 1-ci turunun Belçika və Slovakiya milliləri arasında keçirilən matçda (0:1) VAR belçikalı hücumçu Romelu Lukakunun qolunu ləğv edib.

Hücum zamanı Belçika yığmasının hücumçusu Lois Openda əli ilə topa toxunub. Video təkrarına baxarkən, yayımda EKQ-yə bənzər bir qrafik göstərilib. Topa əllə toxunduqdan sonra onun əyildiyi yeni texnologiya sayəsində müəyyən olunub.

Topun içərisində istənilən toxunuşu qeyd edən 14 qramlıq sensor var.

Bənzər yazılar

3.7856509685516