“Bavariya”nın yeni baş məşqçisi o oldu

 29-05-2024

“Bavariya”nın yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo”  klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə “Bernli”nin sabiq çalışdırıcısı Vensan Kompani təyin edilib. 

Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Belçikalı mütəxəssis istefaya göndərilən Tomas Tuheli əvəzləyib.

Qeyd edək ki, V.Kompani 2022-ci ildən “Bernli”ni çalışdırıb. Onun rəhbərliyi altında komanda 24 xal toplayaraq İngiltərə Premyer Liqasının son 2023/2024 mövsümünün sonunda 19-cu yeri tutaraq, aşağı liqaya düşüb.

Bənzər yazılar

0.10902905464172