İspaniyanın "Barselona" klubu antirekordunu təkrarlayıb.
"Ölkə.az" xəbər verir ki, bu, Kataloniya təmsilçisinin La Liqanın XVIII turunda doğma meydanda "Atletiko"ya uduzması (1:2) ilə reallaşıb.
Komanda yerli çempionatda evdə keçirdiyi ardıcıl üç matçda məğlub olub. 1965 və 1987-ci illərdə də eyni nəticə qeydə alınıb.
Qeyd edək ki, "Barselona" daha əvvəl doğma mendanda "Las Palmas"a (1:2) və "Leqanes"ə (0:1) yenilib. Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv hazırda La Liqada 19 oyundan sonra 38 xalla ikinci pillə qərarlaşıb.