Badminton üzrə Azərbaycan çempionatı 50 illik fasilədən sonra yenidən Xankəndidə keçiriləcək.
Bu barədə "Ölkə.az"a federasiyanın mətbuat xidməti məlumat yayıb.
Dekabrın 21-də startı veriləcək yarışın final görüşləri Xankəndi şəhəri 4 saylı tam orta məktəbdə baş tutacaq.
Oyunlar saat 12:00-da başlayacaq.