Türkiyə qaçqınların qayıtması prosedurunu sadələşdirdi

 22-12-2024

Türkiyənin Ticarət Nazirliyi qaçqınların Suriyaya getmələrinə nəzarətin sadələşdirilməsi üçün sərhəd gömrük məntəqələrinə göstəriş göndərib.

"Ölkə.az" xəbər verir ki, bundan sonra vətənə qayıtmaq istəyən suriyalılar Türkiyədən avtomobil, pul və zinət əşyalarının ixrac edilməsi üçün gömrük bəyannamələrini sadələşdirilmiş formada doldura biləcəklər.

Qərar qaçqınların Suriyaya sürətlə qayıtmaları yolunda maneələrin aradan qaldırılmasına yönəlib.

Bənzər yazılar

0.06179404258728