Netanyahu daha bir Avropa ölkəsində həbs oluna bilər

 22-12-2024

Polşa xarici işlər nazirinin müavini Vladislav Bartoşevski bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Polşaya gələrsə, o, ölkənin Beynəlxalq Cinayət Məhkəməsi (ICC) qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq həbs olunacaq. 

Ölkə.az Lent.az-a istinadən bildirir ki, bu sözləri Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində yanvarın 27-də keçiriləcək Osvensim həbs düşərgəsinin azad edilməsinin 80-ci ildönümünə hazırlıq fonunda deyib.

Tədbirdə İsraili xarici işlər naziri Qideon Saar təmsil edəcək. Bartoşevskinin sözlərinə görə, Polşa beynəlxalq öhdəliklərinə, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair orderlərin icrasına ciddi əməl etmək niyyətindədir.

Noyabrda Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı Beynəlxalq Cinayət Məhkəməsi bir sıra cinayətlərdə ittiham edib. Roma statutunu imzalayan Polşa bu məhkəmənin verdiyi həbs qərarlarını icra etməyə borcludur.

Osvensim şəhərinin azad edilməsinin 80-ci ildönümü Holokost qurbanlarının xatirəsini simvolizə edən mühüm hadisədir. Bununla belə, Beynəlxalq Cinayət Məhkəməsinin ittihamları ilə bağlı mövcud siyasi gərginlik ölkələr arasında diplomatik münasibətlərə yeni problemlər əlavə edir.

Bənzər yazılar

0.061973094940186