Rusiyada nüvə silahı təlimləri başladı

 22-05-2024

Rusiyada qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktik sınaqları ilə müşayiət olunan təlimlərin birinci mərhələsi başlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər çərçivəsində Cənub Hərbi Dairəsinin raket birləşmələri "İsgəndər" operativ-taktiki raket kompleksinin buraxılışı üçün hazırlıqları məşq edir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ölkənin Aerokosmik Qüvvələrinin aviasiya bölmələrinin şəxsi heyəti də aviasiya silahları, o cümlədən hipersəs raketlərlə təlimlərdə iştirak edir.

 

Bənzər yazılar

10.62237405777