Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu

 18-05-2024

Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsi Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə təyin edilib.

“Unikal.az” xəbər verir ki, o, bu təyinata qədər Hərbi Hava Qüvvələri komandanın müavini vəzifəsində xidmət edib.

Qeyd edək ki, N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Bənzər yazılar

0.101891040802