Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.
O, daha əvvəl Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsində çalışıb.
Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, R.Zeynalova 2021-ci ildə 39 yaşında general rütbəsi verilmişdi.