2 saylı Klinik Psixiatriya Xəstəxanasının Mühafizə xidmətinin alınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
Müsabiqənin qalibi "TİİM" MMC olub.
Tərəflır arasında 59.850,17 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən 2 saylı Klinik Psixiatriya Xəstəxanasının binası 8 ay müddətinə mühafizə ilə təmin edilməlidir.
Qeyd edək ki, TİİM Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil ev 14, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.
Mənbə: 32gun.az