Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

 01-05-2024

“Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümük iliyi köçürülməsinə də icazə verilir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

Y.Abbasova qeyd edib ki, bu gün Mərkəzə orqan transplantasiya ilə bağlı daxil olan müraciətlərdən 400-dən çoxu məhz böyrək köçürülməsi ilə bağlıdır: 
“Böyrəklə bağlı müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir. Azərbaycanda ikinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir”.  

Y.Abbasova hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib.

Bənzər yazılar

0.057682037353516