ABŞ-ın birinci xanımı Cill Baydenin infeksiya səbəbindən beş gün təcrid rejimində qaldıqdan sonra COVID-19 üçün mənfi test verib.
Bu barədə Ağ Ev məlumat yayıb.
"Beş günlük özünütəcriddən və ardıcıl iki mənfi testdən sonra birinci xanım bu gün (dünən) Cənubi Karolinadan Delaverə gedəcək", - Cill Baydenin mətbuat katibi deyib.
Çərşənbə axşamı Ağ Ev birinci xanımın koronavirusa yoluxduğunu açıqlayıb. Qeyd edilib ki, onda xəstəliyin yüngül forması müşahidə edilir.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden də bu yaxınlarda koronavirusdan sağalıb.
ABŞ-da dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.