Stimul Hospital sertifikasiyadan keçməyən işçiləri çalışdırmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
215.4-cü maddəyə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.