Bakıda 80-dən çox yaşı olan ahıl qadın kimsəsiz vəziyyətdə yaşayır.
Bu barədə Baku TV-yə məlumat daxil olub. Məlumatla əlaqədar kanalın əməkdaşı sözügedən qadının mənzilinə yollanıb.
Məlum olub ki, evini tərk etmək istəməyən tənha qadına qonşuları yardım edir.
Onların sözlərinə görə, qadının övladları xaricdə yaşayırlar:
“Oğullarından biri ABŞ-də, digəri isə İsraildə yaşayır. Qızları analarını görməyə gəlirlər. Evinin sənədləri qızının adınadır. Birinci həyat yoldaşından olan oğulluğu ona yemək-filan gətirir”.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi təcili tibbi yardım maşını vasitəsilə qadını müayinə olunması üçün xəstəxanaya yerləşdirib. O, müalicədən sonra sığınacağa yerləşdiriləcək.