Yaşar Gülər Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüşdü

 29-08-2024

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankaraya səfər edən Qarabağ şəhidlərinin ailələri ilə görüş keçirib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüşdə həmçinin ölkənin ​​Baş qərargah rəisi, ordu generalı Metin Gürak da iştirak edib.

“Hörmətli Baş qərargah rəisi, hörmətli səfir, əziz şəhid ailələri, əziz bacı və qardaşlarım. Milli Müdafiə Nazirliyimizə xoş gəlmisiniz. Sizi sevgi və hörmətlə salamlayıram. Bu gün sizləri, əziz şəhidlərimizin əziz ailələrini Baş qərargah rəisimizlə birlikdə qonaq etməkdən çox məmnunuq. Sözümün əvvəlində Azərbaycanın bütövlüyü, təhlükəsizliyi və əmin-amanlığı uğrunda böyük şücaət, qəhrəmanlıq və fədakarlıqla döyüşərək şəhidliyin ən yüksək pilləsinə çatan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm; qazilərimizə və şəhidlərimizin əziz ailələrinə hörmətimi bildirirəm. Bu münasibətlə mən sizin simanızda qardaş Azərbaycan xalqına öz ehtiramımı və salamlarımı çatdırmaq istəyirəm”, - nazir bildirib.

Bənzər yazılar

0.056195020675659