Siyarto Ermənistana gedəcək

 07-09-2024

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sentyabrın 10-da Ermənistana səfər edəcək.

“Ölkə.az” xəbər verir ki, bu haqda Ermənistan XİN-in rəsmi nümayəndəsi Ani Badalyan açıqlama verib.

Qeyd olunur ki, səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş baş tutacaq.

“Peter Siyarto həmçinin “Yerevan Dialogue” tədbiri çərçivəsində “Qarşılıqlı əlaqənin geosiyasəti: Rəqabətdən əməkdaşlığa” panel müzakirəsində iştirak edəcək”, - deyə məlumatda bildirilir.

Bənzər yazılar

0.10145282745361