Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların sayı sürətlə artır

 06-09-2024

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda internat müəssisələrində valideynlərini itirmiş (yetim) və valideyn himayəsindən məhrum olan 1459 uşaq təlim-tərbiyə alıb.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstrir ki, son bir ildə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 7% və ya 96 uşaq artıb. Bu, həm də son 15 ildə qeydə alınan ən yükəsk göstərici olub.

Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 933-ü körpələr və uşaq evlərində, 414-ü ümumtəhsil internat məktəblərində, 31-i sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 81-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində təlim-tərbiyə görüb.

Azərbaycan müstəqillik əldə etdikdən – 1991-ci ildən sonra internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən yüksək həddə 2003-cü ildə çatıb.

Həmin il internat müəssisələrində 3 min 456 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaq təlim-tərbiyə alıb. Sonrakı illərdə yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı azalmağa başlasa da, son illər yenidən artmağa başlayıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən aşağı səviyyəyə 2016-cı ildə düşüb.

Həmin il internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602 nəfər olub.

Son 10 ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı aşağıdakı kimi olub:

2014-cü il – 685 uşaq
2015-ci il – 611 uşaq
2016-cı il – 602 uşaq
2017-ci il – 639 uşaq
2018-ci il – 737 uşaq
2019-cu il – 862 uşaq
2020-ci il – 849 uşaq
2021-ci il – 771 uşaq
2022-ci il – 737 uşaq
2023-cü il – 1 363 uşaq
2024-cü il – 1 459 uşaq


Murad Məmmədov

Bənzər yazılar

0.13424396514893