>

Ölkəmizdə sığınacağa yerləşdirilən əcnəbi qadınların sayı nə qədərdi?

 18-08-2025

“Bu il 6-ı qadın, 8-i uşaq  olmaqla 14 əcnəbi sığınacağımıza yerləşdirilib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, hazırda həmin əcnəbilərdən sığınacaqda qalan yoxdur.

“Əcnəbilərdən 3-ü Ukrayna, 1-i Özbəkistan, 1-i Gürcüstan, 1-i isə Mavritaniya vətəndaşı olub”.

Mehriban Zeynalova həmin qadın və övladlarının sığınacaqdan niyə getdiyindən də danışıb. O bildirib ki, qadın ərinin yanına qayıdıb.

“Qadının ailəsində məişət zorakılığı var idi. O da öz ölkəsinə qayıtmaq istəyirdi.  Uşaqların ölkədən çıxarılması üçün əri razılıq verməli idi. Qadın da qərara gəlmişdi ki, yol pulu tapıb, uşaqları qoyub, getsin. Düşünürdü ki, sığınacaqlar yol pulu verir. Bizdə isə o maliyyə imkanı yoxdur. O da ona pul lazım olduğunu deyərək sığınacağı tərk etdi”,-deyə müsahibimiz qeyd edib.

Xatırladaq ki, bir müddət öncə mavritaniyalı qadın və iki uşağı məişət zorakılığına məruz qaldıqları üçün“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilmişdilər.

Bənzər yazılar

0.074720144271851