Keçmiş dövlət katibi: ABŞ və Kanada real terror hücumu qarşısındadır

 08-09-2024

ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo hesab edir ki, ABŞ və Kanadaya qarşı terror hücumu təhlükəsi “çox realdır”.

"Ölkə.az" xəbər verir ki, Pompeo bu barədə Fox News-a müsahibəsində danışıb və "Kanada və ABŞ-da artan terror təhlükəsi çox və çox realdır. FTB-nin qarşısında çox çətin bir vəzifə durur" deyib.

Pompeonun sözlərinə görə, bunun səbəblərindən biri miqrasiya böhranı olub: "Biz sərhədimizə nəzarət etmirik və bu, terror hücumu təhlükəsini kəskin şəkildə artırır".

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi FTB-nin Kanada kəşfiyyat orqanları ilə birlikdə HƏMAS-ın İsrailə qarşı radikal hücumundan bir il sonra, 2024-cü il oktyabrın 7-də baş verə biləcək Nyu-York Yəhudi Mərkəzində kütləvi atışmanın qarşısını aldığını bildirmişdi. Kanadada terror aktı hazırlamaqda şübhəli bilinən pakistanlı Məhəmməd Şahzeb Xan saxlanılıb.(Musavat.com)

Bənzər yazılar

0.12821006774902