35 məntəqə seçki komissiyası buraxılıb

 16-09-2024

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK-dan verilən məlumata görə, iclasda Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılıb.

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında 35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasını təklif edib.

Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb: "Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

R.Qasımovun təklifi MSK üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.

 

 

Bənzər yazılar

0.5585618019104