Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri yanvarın 17-də başa çatıb.
MIllətinSəsi.İnfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.
Qeyd edək ki, yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü də olub.