DSX mayorunu döyən idmançılar həbsdə qaldı

 17-01-2025

Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.

Ölkə.az Report.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətlər üzrə qərar açıqlanıb.

Qərara əsasən, idmançıların şikayəti təmin edilməyib.

Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

İş üzrə zərərçəkən Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru Fuad Zeynalov tanınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bənzər yazılar

0.057387113571167