Rusiya ordusu sürətlə irəliləyir - Donetsk cəbhəsində KRİTİK VƏZİYYƏT  

 12-08-2025

Ukrayna ordusunun Donetsk vilayəti istiqamətində vəziyyəti kritik həddə çatıb.

MillətinSəsi.İnfo xəbər verir ki, “Azov” polkunun keçmiş qərargah rəisi Boqdan Kroteviç bu barədə sosial şəbəkə hesabında yazıb.

O, Pokrovska—Konstantinovka xəttində vəziyyətin “tam biabırçılıq” həddində olduğunu bildirib. 

Kroteviç yazıb ki, vəziyyət uzun müddətdir pisləşir və hər gün daha da ağırlaşır.

“Pokrovska və Mirnoqrad demək olar ki, mühasirədədir, Konstantinovka isə yarı-mühasirə təhlükəsi altındadır. Rəqib qüvvələr Kramatorsk və Drujkovka istiqamətində irəliləyir”, - keçmiş qərargah rəisi bildirib.

Bənzər yazılar

0.13731598854065