Prezident Hicran Hüseynovanı TƏLTİF ETDİ

 12-08-2025
Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

MillətinSəsi.İnfo xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, H.Hüseynova bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.

H.Hüseynovanın dosyesini təqdim edirik:

Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb.

1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb.

2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib.

Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçilib.

2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədridir. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilib.

Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası - Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.

 

Bənzər yazılar

0.068923950195312